Avq 07, 2018 17:41 Asia/Baku
  • Moqerini İranla beynəlxalq ticarətin vacibliyini vurğulayıb
    Moqerini İranla beynəlxalq ticarətin vacibliyini vurğulayıb

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İranla beynəlxalq ticarətin vacibliyini vurğulayıb.

Federika Moqerini bu gün Vellinqtonda Yeni Zelandiyanın xarici işlər naziri Vinston Peters ilə birgə mətbuat konfransında deyib ki, İranla beynəlxalq ticarət nüvə anlaşmasının qorunması üçün zəruri bir məsələdir.

O, əlavə edib: İranın indiyədək nüvə anlaşmasındakı bütün öhdəliklərinə sadiq qalmasına görə, bu birlik İranla hərtərəfli və təsirli əməkdaşlığa təkid edərək, Amerika siyasətçilərinin İrana qarşı yeni sanksiyalar barədəki əsaslandırmalarını qəbul etmir.

O, beynəlxal şirkətlərdən və digər ölkələrdən də istəyibdir ki, nüvə anlaşmasının qorunması üçün özlərinin İranla ticarət anlaşmalarını artırsınlar.

Amerika prezidenti dünən bir fərmanda bu ölkənin avtomobilqayırma və qızıl sahəsində İrana qarşı bəzi qanunsuz sanksiyalarını geri qaytardı.

ABŞ dövləti bu ilin mayında birtərəfli şəkildə nüvə anlaşmasından çıxdı və İrana qarşı nüvə sanksiyalarının geri dönəcəyini bildirdi.

Teqlər