Avq 09, 2018 14:04 Asia/Baku
  • Beynəlxalq Amnistiya təşkilatı Aİ-nin immiqrantlarla bağlı rəftarını qınadı

Beynəlxalq Amnistiya Təşkilatı Avropa ölkələrinin xüsusilə İtaliya və Maltanın immiqrantlarla bağlı siyasətini tənqid edib.

Qardiyan qəzetinin yazdığına görə, Beynəlxalq Amnistiya Təşkilatı Avropa Birliyinin Liviya ilə anlaşmasını tənqid edərək, bu anlaşmanı habelə, İtalya və Malta hökumətlərinin dənizdə ölüm təhlükəsi ilə üzləşən immiqrantların xilas edilməsi əməliyyatına qarşı çıxmalarının yüzlərlə immiqrantın həyatına öldürücü təsir buraxdığını bildirib.

Bu hesabatda həmçinin bildirilir: Avropa Birliyi və Liviya arasında əldə olunmuş anlaşma əsasında Avropanın sahil qvardiyasının öz diqqətini dənizdə ölüm təhlükəsi ilə üzləşən immiqrantların  həyatını xilas etmək yerinə, immiqrantların dənizə daxil olmasını önləmək üçün Liviya sahillərinə yönəldib.

Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında İtaliya hökumətinin qanunsuz immiqrantları xilas etmək üçün ictimai qrupların fəaliyyətinə icazə verməməsini Aralıq dənizində immiqrant ölümünün daha da artmasına səbəb olan amillərdən adlandırıb.

Teqlər