Xəzər dənizinin hüquqi konvensiyası imzalanıb
Avq 12, 2018 16:48 Asia/Baku
5 xəzəryanı ölkənin prezidentlərinin iştirakı ilə Qazaxıstanın Aktau limanında xəzər dənizinin hüquqi konvensiyası imzalanıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran, Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan prezidentləri Həsən Ruhani, Vladimir Putin, Nursoltan Nazarbayev, İlham Əliyev və Qurbanqulu Berdiməmmədov 25 illik səylərdən sonra bu gün Aktauda xəzəryanı ölkələrin sammit iclasında altı əməkdaşlıq sənədi də imzalayıblar.
Terrorizm ilə mübarizə, mütəşəkkil cinayətlərlə mübarizə, sahilyanı ölkələrin sərhəd qoşunları arasında qarşılıqlı əməkdaşlıqlar, iqtisadi və nəqliyyat əməkdaşlıqları və dənizdə baş verən hadisələrin qarşısının alınması həmin imzalanmış sənədlərin mövzularını təşkil edir.