Rusiya İran və Türkiyə ilə ticarət münasibətlərində milli valyutadan istifadə etmək niyyətindədir
https://azeri.sahartv.ir/news/dünya-i319912-rusiya_İran_və_türkiyə_ilə_ticarət_münasibətlərində_milli_valyutadan_istifadə_etmək_niyyətindədir
Rusiya xarici işlər naziri deyib: Türkiyə, İran və Rusiya ticarət sövdələşmələrində bir-birləri ilə milli valyutadan istifadə etmək niyyətindədirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 14:23 Asia/Baku
  • Rusiya İran və Türkiyə ilə ticarət münasibətlərində milli valyutadan istifadə etmək niyyətindədir
    Rusiya İran və Türkiyə ilə ticarət münasibətlərində milli valyutadan istifadə etmək niyyətindədir

Rusiya xarici işlər naziri deyib: Türkiyə, İran və Rusiya ticarət sövdələşmələrində bir-birləri ilə milli valyutadan istifadə etmək niyyətindədirlər.

Əl-Cəzirə televiziyasının məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı günü Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında əlavə edib: Rusiya Türkiyə və İranla ticarətdə milli valyutadan istifadə etmək niyyətindədir. Çünki bir çox ölkələrin dollarla ticarət edə bilməməsi mümkündür.

Rusiya xarici işlər naziri həmçinin Suriya böhranı haqda xatırladıb: Suriya ordusunun şimal-qərbdə İdlib vilayətinə daxil olması haqda danışmamaq lazımdır. Çünki bu ordu öz ərazisindədir və BMT-nin 2254 saylı qətnaməsinə əsasən Suriya ərazisini müdafiə edir.