Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri ABŞ-ı tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i320095-pakistanın_müvəqqəti_hökumətinin_xarici_işlər_naziri_abŞ_ı_tənqid_edib
Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri ölkəsinin hazırkı problemlərini ABŞ-ın İslamabad qarşısında düşmənçilik siyasətlərinin nəticəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2018 05:02 Asia/Baku
  • Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri ABŞ-ı tənqid edib

Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri ölkəsinin hazırkı problemlərini ABŞ-ın İslamabad qarşısında düşmənçilik siyasətlərinin nəticəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Abdulla Hüseyn Harun çərşənbə günü Karaçi şəhərində jurnalistlərə müsahibədə deyib: ABŞ-ın Pakistanla davranışı sədaqətli deyil və Vaşinqtonun İslamabadı problemlə üzləşdirmək niyyətində olduğu nəzərə çarpır. 

Abdulla Hüseyn Harun əlavə edib: Hal-hazırda Pakistan hökuməti ABŞ-ın asılılığından çıxmalı, özünə arxalanmalı, qonşularl, həmçinin müsəlman ölkələri ilə münasibətlərini artırmalıdır. 

Pakistan və ABŞ arasında münasibətlər son bir il ərzində gərginliklə üzləşib.