Ağ Evin sözçüsü: Türkiyədən idxal edilən polad üçün tətbiq olunan rüsum ləğv edilməyəcək
https://azeri.sahartv.ir/news/dünya-i320096-ağ_evin_sözçüsü_türkiyədən_idxal_edilən_polad_üçün_tətbiq_olunan_rüsum_ləğv_edilməyəcək
Ağ Ev sözçüsü deyib: Türkiyədə amerikalı rahib azad olunarsa, bu ölkədən idxal olunan polada tətbiq edilmiş rüsumlar ləğv edilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2018 05:11 Asia/Baku
  • Ağ Evin sözçüsü: Türkiyədən idxal edilən polad üçün tətbiq olunan rüsum ləğv edilməyəcək

Ağ Ev sözçüsü deyib: Türkiyədə amerikalı rahib azad olunarsa, bu ölkədən idxal olunan polada tətbiq edilmiş rüsumlar ləğv edilməyəcək.

Röytersin məlumatına görə, Ağ Ev sözçüsü Sara Sanders çərşənbə günü jurnalistlər qarşısında deyib: Amerikalı rahib azad olunarsa, Türkiyə əleyhinə ABŞ sanksiyalarının ləğvi nəzərə alınacaq. 

Sara Sanders iddia edib ki, Türkiyə və bu ölkə prezidenti amerikalı rahiblə ədalətsiz davranıb. 

Ağ Ev sözçüsü həmçinin iddia edib: Türkiyə tərəfindən ABŞ məhsullarına tətbiq olunan rüsumlar təəssüfləndirici və yanlış yola addım atmaqdır.