Avq 17, 2018 21:29 Asia/Baku
  • Tunis sionist rejimin gəmisinə icazə verməyib
    Tunis sionist rejimin gəmisinə icazə verməyib

İsrailə qarşı boykot hərəkatı Tunisin Rades limanında sionist rejimə aid olan bir gəminin lövbər salmasına mane olduğunu bildirib.

Tunisin ŞəmsFM radiosunun internet portalı yazıb: Tunistdə anti-sionist fəallar sionist ZİM şirkəti ilə əməkdaşlıq edən Kornilos-A yük gəmisinə mane olublar. 

Gəmi Rades limanında lövbər salmalı imiş amma fəallar vaxtını öyrənərək Tunis hökumətindən bu gəminin Tunisin sularına girməsinə mane olmasını istəyiblər. 

İsrailə qarşı mədəni boykot kampaniyası da bildirib ki, sözü gedən gəmi işğal olunmuş Fələstinə doğru geri qayıtmalı olub. 

 

Teqlər