C.Bolton: Rusiya İranın Suriyadan çıxmasının əleyhinədir
https://azeri.sahartv.ir/news/dünya-i320507-c.bolton_rusiya_İranın_suriyadan_çıxmasının_əleyhinədir
Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri deyib: Rusiya İranın Suriyadan çıxmasının əleyhinədir və Tehranı buna məcbur etmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2018 08:34 Asia/Baku
  • C.Bolton: Rusiya İranın Suriyadan çıxmasının əleyhinədir
    C.Bolton: Rusiya İranın Suriyadan çıxmasının əleyhinədir

Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri deyib: Rusiya İranın Suriyadan çıxmasının əleyhinədir və Tehranı buna məcbur etmir.

Con Bolton bu gün Röytersə verdiyi açıqlamada deyib: Rusiya prezidenti Vladimir Putin Amerika rəhbərlərinə deyib ki, ölkəsi İranı Suriyadan çıxmağa məcbur edə bilməz. 

Bolton iddia edib ki, Rusiya Suriyada ilişib və Suriyada müharibədən sonrakı xərcləri başqalarının üzərinə qoymaq istəyir, bu da Amerika üçün İran qüvvələrinin Suriyadan çıxarılması üçün təzyiq göstərmək fürsəti yaradır. 

ABŞ prezidentinin müşaviri iddia edib ki, Amerikanın Suriyada öz fəaliyyətini davam etdirməsinin səbəbi İŞİD və iranlı qüvvələrdir.

Bolton elə bir şəraitdə bu kimi iddialar səsləndirir ki, İŞİD-in qəti məğlubiyyəti və onun İraq və Suriyada elan etdiyi xəlafətin dağıdılması İran İslam Respublikasının regionda vaxtlı-vaxtında və düzgün şəkildə rol oynamasının nəticəsidir. 

Eyni zamanda rəsmi Dəməşq Amerika hərbçilərinin Suriyadakı fəaliyyətlərinin bu ölkənin milli hakimiyyəti və suverinliyini pozduğunu bildirir, Amerikanın Suriyanı tərk etməsini tələb edir. 

ABŞ prezidenti Donald Tramp Amerikanın Orta şərqdəki 17 illik hərbi fəaliyyətinin 17 trilyon dollar xərclə nəticələndiyini bildirərək Amerikanın regiondakı fəaliyyətinin qətl və dağıntıdan başqa heç bir nailiyyəti olmadığını etiraf etmişdi.