Moqerini nüvə anlaşmasının qorunması üzrə şəriklərinin səylərinin davam etməsindən xəbər verib
https://azeri.sahartv.ir/news/dünya-i321167-moqerini_nüvə_anlaşmasının_qorunması_üzrə_şəriklərinin_səylərinin_davam_etməsindən_xəbər_verib
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, Fransa, Almaniya və İngiltərə nüvə anlaşmasının qorunmasını davam etdirəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 09:45 Asia/Baku
  • Moqerini nüvə anlaşmasının qorunması üzrə şəriklərinin səylərinin davam etməsindən xəbər verib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, Fransa, Almaniya və İngiltərə nüvə anlaşmasının qorunmasını davam etdirəcəklər.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini dünən Avstriya prezidenti Aleksandr Van Der Bellen ilə görüşdən sona qeyd edib ki, bu birlik ABŞ-ın sanksiyaları ilə bağlı problemlərə rəğmən, nüvə anlaşmasının qorunması üçün bütün şəriklərlə səy göstərəcək.

ABŞ-ın nüvə anlaşmasından çıxmasının ardınca Avropa Birliyi və nüvə anlaşmasını imzalamış ölkələr bu anlaşmaya sadiq qaldıqlarını bildirərək, İranın onda qalmasını istəyiblər.

Tehran nüvə anlaşmasının qorunmasına lazım olan cəhəti, nüvə anlaşması maraqlarına zəmanət üzrə Avropanın real addımları adlandırıb.