Sen 02, 2018 15:40 Asia/Baku
  • Kanada bir daha nüvə sazişinə təkid edib
    Kanada bir daha nüvə sazişinə təkid edib

Kanadanın xarici işlər naziri bir daha ölkəsinin nüvə sazişini rəsmən tanıdığını vurğulayıb.

Şpigel qəzetinin verdiyi məlumata görə, Kanadanın XİN başçısı Kristia Friland bəzi beynəlxalq razılaşmaların ABŞ prezidenti Donald Tramp tərəfindən pozulmasını qınayaraq deyib: Kanada Amerikanın əksinə olaraq nüvə sazişi də daxil beynəlxaq razılaşmaları dəstəkləyir. 

Kanadanın XİN rəhbəri həmçinin İranla əməkdaşlıq edən bütün şirkətlərin Amerika tərəfindən sanksiyaya şamil edildiyini bildirərək deyib: Hazırkı şəraitdə Dollardan əlavə ödəmə sistemi ideyası mümidverici görünür. 

Kanadalı rəsmi Trampın ölkəsinə qarşı son təhdidi barədə deyib: Bu təhdidlər məntiqsizdir ona görə ki, sonunda ABŞ qanunlarına görə biz bu ölkənin müdafiə kompeksinin bir hissəsi hesab olunuruq. 

Tramp Cümə günü müzakirələrin uğursuz qalması və özünün Şimali Amerika azad ticarətinə(NEFTA) qarşı mövqelərinin davamında Kanadanı bu razılaşmadan qovacağı ilə hədələdi. 

Tramp ölkəsinin bu razılaşmaya görə minlərlə şirkət və milyonlarla iş yerini itirdiyini iddia edib.

Teqlər