Sen 02, 2018 17:34 Asia/Baku
  • Əl-bəradei ABŞ-ın qərarına münasibət bildirib
    Əl-bəradei ABŞ-ın qərarına münasibət bildirib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş baş direktoru deyib: Amerika Anruaya maliyyə yardımlarını dayandırmaqla fələstinli didərginlərin qayıdış haqqını məhv etmək istəyir.

İRİB-in verdiyi məlumata görə, AEBA-nın keçmiş baş direktoru Məhəmməd Əl-Bəradei özünün tvitter səhifəsində Amerikanın Fələstinli Didərginlərə Yardım Agentliyinə (UNRWA) yardımlarını dayandırması barədə yazıb: Ərəb ölkələri Vaşinqtonun bu qərarını pisləməlidirlər. 

AEBA-nın keçmiş rəhbəri bildirib ki, ərəb ölkələri Amerikanın UNRWA-dakı payını ödəməli və fələstinli didərginlərin qayıdış haqqını himayə etməlidirlər. 

ABŞ dövlət departamenti cümə günü bildirdi ki, bu ölkə UNRWA-ya bütün yardımlarını dayandırır. 

UNRWA BMT Baş Assambleyasının qətnaməsinə əasən fələstinli didərginləri işlə təmin etmək və onlara yardım göstərmək məqsədi ilə təsis edilib. 

 

Teqlər