Kim Çen İn bir daha nüvə tərksilahından danışdı
https://azeri.sahartv.ir/news/dünya-i321814-kim_Çen_İn_bir_daha_nüvə_tərksilahından_danışdı
Şimali Koreyanın rəhbəri bir daha Koreya yarımadasının nüvə tərksilahına dair öhdəlikdən söz açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2018 10:07 Asia/Baku
  • Kim Çen İn bir daha nüvə tərksilahından danışdı

Şimali Koreyanın rəhbəri bir daha Koreya yarımadasının nüvə tərksilahına dair öhdəlikdən söz açıb.

Şimali Koreyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Kim Çen İn dünən Pxenyanda Cənubi Koreya prezidentinin xüssi nümayəndəsi Çunq Eui Yonq ilə görüşdə deyib: Nüvə silahları və nüvə təhdidi olmadan Koreya yarımadasını müharibə təhlükəsindən uzaqlaşdırmaq Pxenyanın dəyişilməz mövqeyidir.

Şimali Koreyanın rəhbəri Koreya yarımadasının nüvə silahından təmizlənməsinin iki Koreya arasında əlaqələrin inkişafına səbəb olacağını da qeyd edib.

Şimali Koreyanın rəhbəri bu görüşdə həmçinin, iki Koreya arasında əlaqələrin sürətlə inkişaf etdirilməsinə təkid edərək, sülh və sabitliyin möhkəmləndirilməsini istəyib.