Rusiya: İdlibin hazırkı durumu qəbul edilməzdir, terrorçular getməlidirlər
https://azeri.sahartv.ir/news/dünya-i322070-rusiya_İdlibin_hazırkı_durumu_qəbul_edilməzdir_terrorçular_getməlidirlər
Rusiyanın BMT-dəki nümayəndəsi deyib: İdlibdəki hazırkı durumun davam etməsi qəbul edilməzdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2018 06:30 Asia/Baku
  • Rusiya: İdlibin hazırkı durumu qəbul edilməzdir, terrorçular getməlidirlər

Rusiyanın BMT-dəki nümayəndəsi deyib: İdlibdəki hazırkı durumun davam etməsi qəbul edilməzdir.

Suriyanın Əl-Əxbariyə informasiya kanalının verdiyi məlumata görə, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebezniya cümə günü BMT-nin Təhlükəsizlik Şurasının iclasında İdlibdəki vəziyyətin araşdırılmasına həsr olunmuş iclasında deyib: İdlibdə silahlı müxaliflər ilə terrorçular arasındakı sərhədlər müəyyən edilməlidir. 

Vasili Nebezniya həmçinin deyib: Hazırkı şəraitdə Suriyanın bərpası prosesində hansısa problemin yaranmaması ən vacib məsələdir. 

Rusiyanın BMT-dəki nümayəndəsi atəşkəs razılaşmasının hər gün itensiv qaydada terrorçular tərəfindən pozulduğuna işarə edərək, deyib: Sual yaranır, terrorçu qrupları kim silahlandırır? BMT bu məsələni araşdırmağa borcludur. Terrorçuların İdlibdə bir araya gəlməsi və İdlibin hazırkı durumuna laqeyd münasibət qəbul edilməzdir. 

Vasili Nebezniya əlavə edib: İdlibin sivil sakinləri terrorçuların hərəkətlərindən yorulublar. Amma, Qərb dövlətləri xüsusilə də Amerika bu xüsusda təhrikedici çıxışlar edir. 

Rusiyanın BMT-dəki nümayəndəsi sonda deyib: Sanki qərblilər terrorçuların məhv olması təhlükəsinə görə ağılsız və məntiqsiz rəftarlara düçar olublar.