Sen 12, 2018 08:47 Asia/Baku
  • Avropa Birliyi nüvə sazişinə dəstəyini təkrar bildirib
    Avropa Birliyi nüvə sazişinə dəstəyini təkrar bildirib

Avropa Birliyi xarici siyasət üzrə koordinatoru bu qrumun Əhatəli Müştərək Təşəbbüs Proqramına (ƏMTP) dəstəyini təkrar vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, Federika Moqerini AB-nin çox tərəfliliyin qorunub-saxlanılmasını istədiyini bildirərək deyib: Bu birlik İran ilə nüvə sazişini, Paris iqlim müqaviləsini, BMT-nin bütün qrumları o sıradan Fələstinlilərə yardım və məşğulluq agentliyini(ANRUA) müdafiəni davam etdirəcək. 

Moqerini deyib: Anarxiyanın , münaqişə və qarşıdurmanın qarşısını almağın ən yaxşı yolu, neçə qütblükdür.

ABŞ prezidenti Donald Tramp beynəlxalq ictimaiyyətin iradəsinə zidd olaraq ƏMTP-dən, Paris iqlim müqaviləsindən çıxdı və ANRUA-ya yardımları dayandırdı. 

Teqlər