Putin İdlibin durumundan nigarandır
Rusiya prezidenti Suriyanın İdlib vilayətinin vəziyyətini nigaranedici adlandırıb.
Rusiya təhlükəsizlik şurasının iclasında çıxış edən Vladimir Putin bildirib ki, Moskva İdlibə yığışmış bir qrup terrorçunun səbatsızlaşdırıcı hərəkətlərindən son dərəcə nigarandır.
Belə bir halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Berlində keçirilən Rusiya-Almaniya konfransında bildirib ki, Rusiya yerli sakinlərin İdlibdən çıxmaları üçün insan keçidiləri yaradacaqdır.
Rusiyanın xarici işlər naziri həmçinin Moskvanın və onun şəriklərinin Suriyada terrorçularla mübarizəni davam etdirməyə əzmkar olduqlarını vurğulayıb.
Suriyanın şimal-qərbində yerləşən İdlib vilayəti hələ də bəzi region və Qərb ölkələri tərəfindən dəstəklənən terror qruplarının işğalı altındadır.
Suriya dövləti bu məntəqəni terrorçuların işğalından çıxarmaq niyyətindədir.
Suriya ordusunun son bir ildəki irəliləyişlərinin ardınca çoxlu sayda terrorçu İdlibə gedibdir.