Okt 02, 2018 13:55 Asia/Baku
  • İndoneziyada daha iki zəlzələ
    İndoneziyada daha iki zəlzələ

İndoneziya bir daha bu ölkənin cənubunda iki güclü zəlzələnin şahidi olub.

Birinci yeraltı təkan bu gün səhər tezdən İndoneziyanın cənubundakı Sumba məntəqəsində yerləşən Flores adasının 250 kilometrliyində 6,2 bal gücündə baş verib. İkinci yeraltı təkan isə bu zəlzələdən on beş dəqiqə sonra baş veribdir.

Bu zəlzələdə ehtimal olunan tələfatın sayı barədə indiyə kimi bir xəbər yayılmayıbdır.

Ötən cümə günü axşam İndoneziyanın Palu şəhərində rixter şkalası ilə 7,5 bal gücündə yeraltı təkan baş verdi. Nəticədə 1200-dən çox insan həlak oldu, yüzlərlə nəfər də yaralandı.

Teqlər