Putin Amerikanın anti-İran siyasətlərini qınayıb
Okt 03, 2018 21:29 Asia/Baku
Rusiya prezidenti Amerikanın İrana qarşı siyasətlər və hərəkətlərinin ümumdünya iqtisadiyyatın ziyanına olduğunu bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Vladimir Putin bu gün Rusiyada enerji həftəsi mərasimində etdiyi çıxışında deyib: Amerikanın İrana qarşı hərəkətləri dünya iqtisadiyyatına mənfi təsir edir.
Putin deyib: Rusiyanın neft ixrac edən ölkələr təşkilatı OPEC ilə əməkdaşlıqda məqsədi neft istehsalını azaltmaq və bazarda balans yaratmaqdan ibarət idi.
Putin həmçinin bildirib ki, Amerika Suriyadakı hərbi fəaliyyətini davam etdirmək üçün ya rəsmi Dəməşqdən ya da Birləşmiş Millətlər Təşkilatından icazə almalıdır.