Putin-Mudi məşvərəti
Hindistanın baş naziri Narendra Mudi dünən axşamçağı Yeni-Dehlidə Rusiya prezidenti Vladimir Putini qəbul edib. İki tərəf müxtəlif mövzular, o cümlədən ikitərəfli, regional və beynəlxalq əlaqələr barədə danışıb.
Putin dünən axşam bir nümayəndə heyəti ilə ikigünlük görüş məqsədilə Yeni-Dehliyə daxil olub. Hava limanında onu Hindistanın xarici işlər naziri Suşma Svarac qarşılayıb.
Putin və Mudi bu gün 19-cü Hindistan-Rusiya illik iclasında iştirak edəcəklər.
Gözləntilərə görə, bu iclasda iki ölkə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına əsasən, ikitərəfli müdafiə əlaqələrini nəzərdən keçirəcək. İki ölkənin başçıları arasında təşkil olunan bu iclas hər il keçirilir.
Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bundan öncə medialara demişdi ki, bu səfərin əsas özəlliyi, beş milyard dollardan yuxarı dəyəri olan S-400 raket sistemi müqaviləsinin imzalanmasıdır.
Hindistanın Rusiyadan S-400 raket sistemini satın almaq qərarı elə bir halda həyata keçir ki, Amerika ötən ay Moskvadan oxşar raket sistemi aldığına görə, Çini sanksiya etmişdi.
Tramp hökuməti Hindistanı hədələyərək bildiribdir ki, əgər Rusiyadan S-400 raket sisteminin satın alınmasına israr edərsə, Vaşinqtonun sanksiyalarına məruz qalacaqdır.