Okt 19, 2018 15:25 Asia/Baku
  • Medvedyev ABŞ-ın Rusiya banklarına qarşı sanksiyaları haqda xəbərdarlıq etdi
    Medvedyev ABŞ-ın Rusiya banklarına qarşı sanksiyaları haqda xəbərdarlıq etdi

Rusiyanın baş naziri ABŞ-ın Rusiya banklarına qarşı sanksiyalarını ticarət savaşı adlandırıb.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Dmitri Medvedyev ABŞ-ın Rusiya banklarına qarşı sanksiyaları haqda xəbərdarlıq edərək, deyib: Moskva bu sanksiyalarla mübarizəyə qadirdir. 

Rusiyanın baş naziri sanksiya siyasətinin dünyanın iqtisadi sisteminə zərbə vurduğunu deyərək, əlavə edib: Rusiya əleyhinə sanksiyalar və təzyiqlər tamamilə siyasi və ABŞ-ın daxili siyasi çəkişmələrindən qaynaqlanan bir məsələdir. Bu məsələ ABŞ-ın Avropaya qarşı təzyiqlərinə də şamil olur. 

Medvedyev əlavə edib: Amerikalılar bilməlidirlər ki, sanksiyalar və təzyiqlər Moskvanın mövqeyinə heç bir təsir göstərməyəcək. 

Teqlər