Qaşıqçının qətlinə görə, Vyanadakı "kral Abdullah" mərkəzi bağlanacaq
Avstriyanın xarici işlər naziri Karin Knaysl dünən gecə müxalif partiyaların Camal Qaşıqçının qətlinə görə, Vyanadakı "kral Abdullah" mərkəzinin bağlanmasına dair tələblərinə cavabda bildiribdir ki, bu işin qanuni mərhələləri başlanıbdır.
Avstriyada müxalif partiyalardan olan "Pilts siyahısı" partiyasının sədri Piter Pilts dünən yayılan bir bəyanatda bildirib ki, səud rejimi bu rejimi tənqid edən yazar və jurnalist Camal Qaşıqçının qətli ilə qırmızı xətti keçib və hazırda Avstriya bir tədbir görməlidir.
Pilts sonra bildirib ki, onun partiyası gələn həftə parlamentin iclasında "kral Abdullah" mərkəzinin tez bir zamanda bağlanmasını istəyəcək.
"Pilts siyahısı" partiyasının sədri həmçinin Avstriyada Ərəbistana aid olan bütün mərkəzlərdə təftişin aparılmasını istəyib.