Qorbaçov xəbərdarlıq etdi
-
Qorbaçov xəbərdarlıq etdi
Keçmiş Sovet İttifaqının sonuncu rəhbəri Amerikanın orta mənzilli nüvə qüvvələri müqavləsindən(INF) çıxmasının dünyada silahlanma üzrə növbəti yarışmanın başlanması istiqamətində olduğunu bildirib.
INF-i iki imzalayan tərəfdən biri olan Mixayil Qorbaçov Nyu-York Timse qəzetində dərc olunan bir məqalədə bildirib ki, bu müqavilə beynəlxalq durumun hərbiləşməyə doğru istiqamət almasının ilk qurbanı deyil çünki Amerika 2002-ci ildə ballestik raketlərə qarşı müqavilədən və cari ildə də İranla imzalanmış beynəlxalq nüvə sazişindən çıxıb.
ABŞ prezidenti Donald Tramp oktyabrın 20-də beynəlxalq məsuliyyətlərinə laqydlik siyasətinin davamında bildirdi ki, Amerika orta mənzilli nüvə qüvvələri müqaviləsindən çıxmağa hazırlaşır.
INF 1987-ci ildə ABŞ və SSRİ-nin o vaxtkı rəhbərləri tərəfindən imzalanıb və soyuq müharibə dövründə böhranlı durumun aradan qaldırılması üçün önəmli təşəbbüslərdən biri hesab olunur.
Bu müqaviləyə əsasən 1000-5500 km məsafəni hədəfə alan orta mənzilli raketlər eləcə də 500-1000 km məsafəni hədəfə alan yaxın mənzilli raketlər məhv edilməlidir.