Nyu-Yorkda iki səudiyyəli bacının cəsədi aşkar edilib
-
Nyu-Yorkda iki səudiyyəli bacının cəsədi aşkar edilib
Nyu-York çayının sahilində iki səudiyyəli bacının cəsədinin tapılması ABŞ polisini mürəkkəb müəmma ilə üz-üzə qoyub.
Nyu-York Tayms qəzetinin yazdığna görə, Nyu-York polisi bildirib ki, sözü gedən 16 və 22 yaşlı bacıların bioqrafiyası göstərir ki, onlar Səudiyyə Ərəbistanından çıxandan sonra Amerikada sığınacaq almağa çalışırmışlar və son günlərdə yoxa çıxmışlar.
Nyu-York polisi bildirib ki, bu iki bacının dosiyası hələ də müəmma olaraq qalır.
Ciddəli olan bu iki bacının cəsədləri aşkar edilərkən onlar üz-üzə yapışqan lent vasitəsi ilə biri birinə bağlı şəkildə müşahidə olunub.
Nyu-York polisi hadisənin intihar halı olduğuna dəlalət edən heç bir faktın olmadığını bildirib və bacıların anası da mediyaya deyib ki, Səudiyyə rəsmiləri onun qızlarına Səudiyyə Ərəbistanına qayıtmalarını əmr etmişdilər.
Bacıların anasının Səudiyyə rəsmilərinin onun qızlarını təhdid etmələrinə dair açıqlaması belə bir ehtimalı gündəmə gətirib ki, bu iki bacı da tənqidçi jurnalist Camal Qaşıqçının taleyinə düçar olublar.