Moskva Ukrayna rəsmilərinə sanksiya tətbiq edir
Noy 01, 2018 17:51 Asia/Baku
Rusiyanın baş naziri Kiyevin sanksiyaları və dostcasına olmayan rəftarına reaksiya olaraq, bir qrup ukraynalı siyasətçi və iş adamının adını "qara siyahı"ya daxil edib.
Sputnik informasiya kanalının verdiyi məlumata görə, Dimitri Medvedyev cümə axşamı Ukraynanın bəzi rus vətəndaşlarına qarşı dostcasına olmayan rəftarına habelə, ikitərəfli əlaqələrin normallaşdırılması prosesinə zidd hərəkətinə reaksiya oalraq ukraynalı siyasətçilər və iş adamlarının adını "qara siyahı"ya daxil edib.
Rusiya hökumətinin Ukrayna əleyhinə sanksiyaları 322 həqiqi və 68 hüquqi şəxsə qarşı yönəlib.
Sanksiyalar siyahısında prezident Pyotr Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenkonun da adları var.
Teqlər