Dünyanın ilk üzən AES-i istifadəyə verilib
https://azeri.sahartv.ir/news/dünya-i326920-dünyanın_ilk_üzən_aes_i_istifadəyə_verilib
Rusiyada Akademik Lomonisov adına dünyanın ilk üzən Atom Elektrik Stansiyası istifadəyə verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2018 08:37 Asia/Baku
  • Dünyanın ilk üzən AES-i istifadəyə verilib
    Dünyanın ilk üzən AES-i istifadəyə verilib

Rusiyada Akademik Lomonisov adına dünyanın ilk üzən Atom Elektrik Stansiyası istifadəyə verilib.

İRNA-nın verdiyi məlumata görə, Rus Atom şirkətinin rəsmilərindən biri Spotnik xəbər agentliyinə verdiyi açıqlamada deyib: Bu Atom Elektrik Stansiyası dünən bu şirkət tərəfindən istifadəyə verildi. 

Lomonisov adına dünyanın ilk üzən Atom Elektrik Stansiyası dünyanın ilk üzən AES olaraq 29 apreldə suya salındı və elektrikdən əlavə içməli su da istehsal edir. 

Qeyd edək ki, Lomosonov AES-i 150 metr uzunluğa malikdir və 70 meqavat elektrik enerjisi istehsal edən reaktoru ilə 100 min nəfər əhalisi olan şəhərlərin elektrikə olan ehtiyacını təmin edə bilir. 

Üzən Atom Elektrik Stansiyası liman və ada şəhərləri, iri sənaye zavodları, neft və qaz təsisatlarınin enerjiyə və içməli suya olan ehtiyacının təmini üçün istehsal edilib.