Facebook-un 120 milyon istifadəçisinin hesabı hak edilib
Hakerlər Facebook sosial şəbəkəsinə soxularaq, bu şəbəkənin 120 milyon istifadəçisinin hesabını hak edib və bac almaq üçün istifadəçilərin bəzi məlumatlarını yayıblar.
Amerikada "Business Insider" xəbər saytının məlumatına görə, hakerlər indiyədək Facebook-un 81 istifadəçisinin xüsusi mesajlarını yayıblar və bildiriblər ki, istifadəçilər hər bir istifadəçi hesabını əldə etmək üçün on sent ödəməlidirlər.
İlk dəfə 2018-ci ilin sentyabr ayında ifşa olundu ki, hakerlər istifadəçilərin istifadə etdikləri bəzi viruslu əlavələrdən, o sıradan "Google Chrome"dakı əlavələrdən sui-istifadə edərək, onların istifadəçi hesablarına daxil olublar.
Facebook şirkəti öz sistemlərinin hak olmasını danıbdır.
Amerikada "Pyu"(Pew) araşdırma mərkəzinin son rəy sorğusunun nəticələrinə əsasən, Facebook sosial şəbəkəsi istifadəçilərnin xüsusi məkanının pozulması ilə bağlı rüsvayçılıqlardan sonra hər dörd amerikalıdan biri Facebook-dan çıxıbdır.