Rus rəsmisi: ƏMTP üzvləri sazişin iqtisadi bəndləri üzərində təmərküzləşiblər
https://azeri.sahartv.ir/news/dünya-i327303-rus_rəsmisi_Əmtp_üzvləri_sazişin_iqtisadi_bəndləri_üzərində_təmərküzləşiblər
Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: İrana qarşı Amerikanın sanksiyaları şəraitində ƏMTP-nin üzvlərinin növbəti iclası bu razılaşmanın iqtisadi bəndlərinin icrası prossesi mövzusunu müzakirə edəcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 07, 2018 08:49 Asia/Baku
  • Rus rəsmisi: ƏMTP üzvləri sazişin iqtisadi bəndləri üzərində təmərküzləşiblər
    Rus rəsmisi: ƏMTP üzvləri sazişin iqtisadi bəndləri üzərində təmərküzləşiblər

Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: İrana qarşı Amerikanın sanksiyaları şəraitində ƏMTP-nin üzvlərinin növbəti iclası bu razılaşmanın iqtisadi bəndlərinin icrası prossesi mövzusunu müzakirə edəcək.

Rusiyanın AEBA-dakı nümayəndəsi Mixail Uliyanov TAS xəbər agentliyi ilə müsahibəsində deyib: İran, Çin, Fransa, Rusiya, Britaniya və Almaniyadan ibarət olan İran ilə nüvə sazişini imzalamış tərəflər Amerikanın anti-İran sanksiyalarının mənfi nəticələrini mümkün qədər aradan qaldırmaqda qərarlıdırlar. 

Uliyanov Əhatəli Müştərək Təşəbbüs Proqramını qoruyub-saxlamaq üçün lazımı siyasi iradənin mövcud olduğunu vurğulayaraq deyib: ƏMTP üzvləri Amerikanın anksiyaları üzündən bu razılaşmaya vurulan ziyanların minimuma endirilməsi üçün qorucu tədbirlər barədə daima müzakirələr aparmaqdadırlar. 

Uliyanov ƏMTP-nin müştərək komissiyasında sanksiyaların araşdırılması üzrə daimi işçi qrupun fəaliyyət göstərdiyini xatırladaraq deyib: İşçi qrupu maliyyə və iqtisadi ekspertlərin iştirakı ilə iclaslar keçirir və bu saziş ilə əlaqədar məsələlərin dəqiq araşdırılması ilə məşğuldur.