Bomba təhdidindən sonra Moskvada iki dəmiryolu stansiyası boşaldılıb
https://azeri.sahartv.ir/news/dünya-i327794-bomba_təhdidindən_sonra_moskvada_iki_dəmiryolu_stansiyası_boşaldılıb
Rusiyanın təhlükəsizlik qüvvələri naməlum şəxslərin bomba qoymaq barədəki telefon təhdidindən sonra Moskvadakı iki dəmiryolu stansiyasını boşaldıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2018 06:14 Asia/Baku
  • Bomba təhdidindən sonra Moskvada iki dəmiryolu stansiyası boşaldılıb
    Bomba təhdidindən sonra Moskvada iki dəmiryolu stansiyası boşaldılıb

Rusiyanın təhlükəsizlik qüvvələri naməlum şəxslərin bomba qoymaq barədəki telefon təhdidindən sonra Moskvadakı iki dəmiryolu stansiyasını boşaldıblar.

Rusiya mediaları bu xəbəri verərək, əlavə ediblər: Bu telefon təhdidindən sonra və tam nəzarət və təftiş məqsədilə Moskvadakı Kiyevskiy dəmiryolu stansiyasından təqribən iki min nəfər boşaldılıb.

Moskvanın mərkəzindəki Kiyevskiy dəmiryolu stansiyası Rusiyanın xarici işlər nazirliyinin binası daxil olmaqla bu ölkə paytaxtındakı mühüm məkanların bir neçə kilometrliyində yerləşibdir.

Moskvadakı Belarusskiy vağzalındakı insanlar da Rusiyanın təhlükəsizlik qüvvələrinin müşayiəti ilə təxliyyə ediliblər.

Moskvada yerləşən bu iki böyük vağzalın tam şəkildə təftiş edilməsindən və onlarda bombanın olmaması barədə əminliyin əldə olunmasından sonra bu iki dəmiryolu stansiyasının fəaliyyəti bərpa edilibdir.