Rusiya: İranla əlaqələrin genişləndirilməsində əzmkarıq
-
Rusiya: İranla əlaqələrin genişləndirilməsində əzmkarıq
Rusiya xarici işlər nazirliyinin sözçüsü vurğulayıb ki, Tehran-Moskva əlaqələrinin genişlənməsi İran və Rusiya xalqlarının xeyrinədir. O, bildirib ki, bu ölkə İranla həmkarlığın genişləndirilməsində əzmkardır.
Mariya Zaxarova bu gün IRNA ilə eksklüziv müsahibədə ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının beynəlxalq qanun və meyarları aşkar şəkildə pozduğunu bildirib. Deyib ki, Rusiyanın Amerikanın digər ölkələrə qarşı sanksiyaları barədəki mövqeyi, sanksiyaları rədd etmək və bu cür qanunsuz hərəkətləri izləməməkdir.
Rusiya xarici işlər nazirliyinin sözçüsü vurğulayıb: Moskva yalnız BMT Təhlükəsizlik Şurasının qərarlarını əsas götürür bə hər hansı digər halda qarşılıqlı faydalı iştirak və həmkarlığa əsasən, hərəkət edir.
Zaxarova əlavə edib: Amerika nüvə anlaşmasından çıxmaqla bu anlaşma tərəflərinin çoxillik səylərini hədərə verdi.
ABŞ prezidenti bu il mayın 8-də Vaşinqtonun nüvə anlaşmasından 90 və 180 günlük iki dövrdə çıxdığını elan etdi.
Bu sanksiyaların ilk dövrü cari il avqustun 7-də, ikinci dövrü isə noyabrın 5-də icraya qoyuldu.
Rusiya nüvə anlaşmasını imzalamış digər ölkələrlə yanaşı, daim Trampın bu hərəkətinə qarşı çıxaraq, bu anlaşmanın qorunmasına və İranla ticarət əlaqələrinin davam etdirilməsinə təkid edir.