Quttereş Rusiya və Ukraynanı təmkinli olmağa çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i329008-quttereş_rusiya_və_ukraynanı_təmkinli_olmağa_çağırıb
Birləşmiş Millətlər Təşkilatının baş katibi dünən Rusiya ilə Ukrayna arasında Kerç boğazında baş verən qarşıdurmadan nigaran qaldığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2018 07:52 Asia/Baku
  • Quttereş Rusiya və Ukraynanı təmkinli olmağa çağırıb
    Quttereş Rusiya və Ukraynanı təmkinli olmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi dünən Rusiya ilə Ukrayna arasında Kerç boğazında baş verən qarşıdurmadan nigaran qaldığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.

İRNA-nın verdiyi məlumata görə, Antonio Quttereş hər iki tərəfi hadisəni nəzarətə almaq məqaəsi ilə gecikmədən lazımı tədbirlər görməyə və BMT nizamnaməsinə uyğun sülh vasitələrindən faydalanmağa çağırıb. 

BMT baş katibi həmçinin beynəlxalq qanunlara uyğun şəkildə tərəflərin hüquqlarının təmininə təkid edərək deyib: BMT baş assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ukraynanın suverinliyi və ərazi bütövlüyünə tamamiylə hörmətlə yanaşılmalıdır. 

Ukraynanın 3 hərbi gəmisi bazar günü Qara dəniz və Azof dənizi arasında yerləşən Kerç boğazından Krım yarımadası sularına daxil olublar və bu Rusiyanın reaksiyasına səbəb olub nəticədə iki ölkə hərbi gəmiləri arasında toqquşma baş verib.  

Rusiya ilə Ukrayna əlaqələri 2014-cü ildə qərbyönümlü qüvvələrin fəaliyyətdə olan hökumətə qarşı çevrilişindən sonra gərginləşdi. 

2014-cü ildə Rusiya Krımda referendum keçirərək bu yarımadanı öz ərazisinə ilhaq etdi.