Argentina İsnan Haqları Gözətçisinin "Bin Salman" əleyhinə şikayətini araşdıracaq
Argentinanın baş prokurorluğu İnsan Haqları Gözətçisi Təşkilatının Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın bəşəriyyət əleyhinə cinayətlərinə dair şikayətini araşdırmaq qərarı verib.
Rəy Əl-Yəum informasiya portalının verdiyi məlumata görə, İnsan Haqları Gözətçisi təşkilatı cümə axşamı "Ədalət yaxınlaşır" adlı bir bəyanat yayaraq, bildirib: Argentinanın baş prokuroru Ramiro Qonzales məhkəmə hakimi Ariel Lijodan Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndəki cinayətlərinə dair araşdırma aparmasını istəyib.
Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın jurnalist Camal Qaşıqçının qətlindəki rolunun araşdırılması da Argentina baş prokurorunun digər tələbi olub.
İnsan Haqları Gözətçisi həmçinin bildirib ki, Argentinanın baş prokuroru xarici işlər naziri Xorxe Faurieyə Bin Salmanın diplomatik durumu ilə bağlı sorğu göndərib.
Ərəbistan vəliəhdi Məhəmməd Bin Salman çərşənbə günü G-20 qrupunun sammitində iştirak etmək üçün Argentinanın paytaxtı Buenos Ayresə səfər edib.