"Huawei"in həbsdə olan müdiri üçün zəmanətin təyin edilməsi təxirə salınıb
Dek 11, 2018 12:57 Asia/Baku
Kanada məhkəməsi "Huawei" şirkətinin həbsdə olan rəyasət heyətinin üzvünün azadlığa buraxılması üçün zəmanətin təyin edilməsini təxirə salıb.
Röyters-in verdiyi məlumata görə, Kanada məhkəməsinin bu qərarı "Huawei" şirkətinin rəyasət heyətinin üzvü Minq Uanju-nun həbsdə qalacağı mənasındadır.
Minq Uanju dekabrın birində ABŞ hökumətinin sifarişi əsasında Vaşinqtonun İrana qarşı sanksiyalarını pozmaq ittihamı ilə Kanada ərazisində həbs edilib.
ABŞ hökuməti Uanju-nun təhvil verilməsini istəyir.
Çinin Xarici İşlər Nazirliyi Kanadanın Pekindəki səfiri Con Mək Kalumu çağırtdıraraq, Uanju-nun həbs edilməsinin mənfi nəticələri haqda Ottavaya ciddi nota verərək, onun Amerikaya təhvil verilməsinə dair kəskin xəbərdarlıq edib.