Rusiya prezidenti ABŞ-ın İNF-dən çıxmasına reaksiya verdi
-
Rusiya prezidenti ABŞ-ın İNF-dən çıxmasına reaksiya verdi
Rusiya prezidenti ABŞ-ın "orta mənzilli nüvə raketləri" müqaviləsindən çıxmasına reaksiya olaraq deyib: Moskva ABŞ-ın bu müqavilədən çıxması ilə öz təhlükəsizlyini təmin etmək üçün tam hazırlığa malikdir.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Vladimir Putin çərşənbə axşamı deyib: Əgər Vaşinqton "orta mənzilli nüvə raketləri" müqaviləsindən (İNF) çıxarsa, Moskva öz təhlükəsizliyini təmin etmək üçün yeni tədbirlər görəcək. Rusiya prezidenti həmçinin deyib: Rusiya silahlı qüvvələrinin 2019-cu il üçün başlıca missiyası nüvə arsenalını gücləndirmək olacaq.
ABŞ prezidenti Donald Tramp 20 oktyabrda Vaşinqtonun Rusiya ilə "orta mənzilli nüvə raketləri" müqaviləsindən çıxacağını elan etdi.
ABŞ və Sovet İttifaqı 1987-ci ildə orta mənzilli nüvə raketlərinə dair anlaşma sənədi imzalayıblar.