Dek 23, 2018 12:27 Asia/Baku
  • Hollandiyada
    Hollandiyada "sarı jiletlilər"in etiraz aksiyası

Hollandiyanın bir neçə şəhəri "sarı jiletlilər"in etiraz aksiyası səhnəsinə çevrilib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Fransada başlanan və daha sonra sürətlə digər Avropa ölkələrinə yayılan "sarı jiletlilər"in etiraz aksiyası Hollandiyaya da sirayət edib. Şənbə günü minlərlə nəfər Amsterdam, Roterdam və Haaqa şəhərlərində küçələrə axışıb.

Əyinlərində sarı jilet olan aksiya iştirakçıları Hollandiya Parlamentinin binası önündə bir araya gəliblər.

Bu məlumata görə, aksiya iştirakçıları baş nazir Mark Ruttenin siyasətlərinə etiraz ediblər.

Belçikanın paytaxtı Brüsseldə də çoxlu sayda insan küçələrə axışaraq, hökumət əleyhinə etiraz aksiyasında iştirak edib. Aksiya iştirakçıları hökumət əleyhinə şüar verərək, hökumətin yanlış siyasətlərinə görə xalqın zərər və ziyana uğradığını bildiriblər.

"Sarı jiletlilər"in etiraz aksiyası ilk olaraq 17 noyabrda Fransada prezident Emanuel Makronun siyasətlərinə etiraz olaraq başlandı.

Fransa polisi indiyə kimi bu etiraz aksiyalarında 10 nəfərin həyatını itirdiyini təsdiq edib.

Almaniya və Portuqaliyada da insanlar "sarı jiletlilər"in etiraz aksiyalarına qoşulublar.

Teqlər