Rusiya Ukrayna hadisələri barədə Makron-Merkel bəyanatına reaksiya verib
-
Rusiya Ukrayna hadisələri barədə Makron-Merkel bəyanatına reaksiya verib
Rusiya Xarici İşlər Nazirliyi qərbin o sıradan Fransa və Almaniyanın Ukrayan hadisələrinə müdaxilələrini böhran yaradan hərəkət adlandırıb.
Novosti xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya XİN-i bu gün bir bəyanatda Fransa və Almaniya rəhbərlərinin Ukraynadakı durum barədəki müştərək bəyanatlarına münasibət bildirərək xatırladıb ki, qərb ölkələri Moskvaya dərs verməkdənsə ikili standartları kənara qoymalı və Ukraynada real problem və təhdidlərə diqqət yönəltməlidirlər.
Rusiya XİN Fransa və Almaniya rəhbərləri Emanuel Makron və Angela Merkelin Ukrayan durumu barədə müştərək bəyanatına reaksiya verib.
Rusiya XİN-in bəyanatında deyilir: Ukraynada vətəndaşların və daha çox rus dillilərin öz ana dillərindən istifadə hüquqları tapdalanır.
Fransa və Almaniya rəhbərlərinin müştərək bəyanatında bütün gəmilərin kerç boğazından keçməsinə şəraitin yaradılmasına çağırılmışdı.
Ukraynanın 3 hərbi gəmisinin noyabrın axırlarında Rusiya sularına daxil olmasından sonra Rusiya bu boğazı Ukrayna gəmilərinin üzünə bağladı.