Rusiya Ukrayna məhsullarını boykot edib
https://azeri.sahartv.ir/news/dünya-i331427-rusiya_ukrayna_məhsullarını_boykot_edib
Moskva Ukrayna istehsalı olan malların Rusiyaya girişini qadağan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2018 06:16 Asia/Baku
  • Ukrayna məhsullarını boykot edib
    Ukrayna məhsullarını boykot edib

Moskva Ukrayna istehsalı olan malların Rusiyaya girişini qadağan edib.

Rusiya baş nazirlik ofisi bildirib ki, bu ölkənin baş naziri Dmitri Medvedev şənbə günü 510 milyon dollar dəyərində olan əlli növdən çox Ukrayna məhsulunun Rusiyaya idxalının qadağan olunması barədə sənəd imzalayıbdır.

Bu addım son vaxtlar Kiyev tərəfindən rus mallarının qadağan olunmasına reaksiyada atılıbdır.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin noyabrın otuzunda bildirib ki, ölkəsi son zamanlar Rusiya ilə 48 beynəlxalq müqaviləyə son qoyub və daha qırx müqaviləyə də sürətlə son qoyulmalıdır.

Rusiya və Ukrayna bundan öncə 375 ikitərəfli müqavilə və müahidəyə malik idi ki, onların bəzilərinin icrası son illərdə Ukraynanın şəqindəki toqquşmalara, eləcə də Krım yarımadasının 2014-cü ildə Rusiyaya qatılmasına görə, dayandırılıbdır.

Rusiya ilə Ukrayna arasındakı gərginliklər üç Ukrayna gəmisinin Rusiya tərəfindən müsadirə edilməsi üstündə son həftələr daha da şiddətlənibdir.