Tramp və konqres rəhbərlərinin nəticəsiz iclası
Medialar Amerika prezidenti və konqresin demokrat və respublikaçı nümayəndələrindən bəzilərinin iclasından və onların hökumətin bağlanmasına son qoymaq üzrə nəticəsiz müzakirələrindən xəbər veriblər.
Konqresin demokrat və respublikaçı nümayəndələri Donald Trampla iclasdan sonra deyiblər ki, müzakirələr nəticəsiz olub və hökumətin bağlanması məsələsinin həlli istiqamətində bir irəliləyiş əldə olunmayıbdır.
Tramp hökumətin bağlanması böhranının araşdırılması üçün çərşənbə günü ABŞ konqresinin rəhbərləri və baş qanunvericilərinin iştirakı ilə keçirilən iclasda onlardan istəyibdir ki, cümə gününədək bu məsələ barədə danışmaq üçün bir daha Ağ Ev-ə gəlsinlər.
ABŞ senatında demokratların lideri Çak Şumer Trampın siyasətlərindən narazılıq edərək, deyibdir ki, Tramp nümayəndələrin suallarına heç bir müsbət cavab verməyibdir.
ABŞ hökumətinin bəzi hissələrinin bağlanması elə bir halda özünün 13-cü gününə daxil olub ki, Tramp dünən nazirlər kabinetinin iclasında deyibdir ki, bəlkə bu tətil bundan artıq sürsün.
Meksika sərhədində divarın inşası üzrə büdcənın ayrılması üstündə prezident ilə konqres arasında yaranmış ixtilaf bais olub ki, federal hökumətin bəzi hissələri ötən il dekabrın 22-dən bəri fəaliyyətdən dayanmış olsun.