Yan 06, 2019 09:46 Asia/Baku
  • klubu qanunsuz miqrantlardan sui-istifadə edir
    klubu qanunsuz miqrantlardan sui-istifadə edir

Bir amerikan informasiya kanalı ABŞ prezidentinin qolf klubunun qanunsuz miqrantlardan sui-istifadə etməsindən xəbər verib.

MSNBC informasiya kanalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəd divarının inşası barədəki mövqelərinə və mühacirlər əleyhinə siyasətlərinə rəğmən, qanunsuz miqrantları az əmək haqqı ilə işə götürübdür.

Nyu-York Tayms qəzeti də bundan öncə bir reportajda bildirmişdi ki, qanunsuz miqrantlar Trampın qolf klububda işə götürülürlər.

Tramp 2018-ci il ara seçkilərindən öncə Mərkəzi Amerikadan Amerika Birləşmiş Ştatlarına bir neçə min mühacirin daxil olması ilə mübarizə üçün Meksika ilə sərhəd boyu təqribən altı min amerikalı hərbçi yerləşdirmişdi.

Amerikada hüquq fəalları və bəzi müstəqil siyasətçilər də Trampın miqrantlara qarşı hərəkətlərini pisləyərək, bu rəftarın dəyişdirilməsini istəmişdilər.

Amerika ilə Meksika arasında sərhəd divarının inşası büdcəsinin təmini üstündə Tramp ilə ABŞ konqresi arasındakı fikir ayrılığı federal hökumətin bəzi bölmələrinin bağlanması ilə nəticələnibdir.

Teqlər