Ukrayna Rusiya ilə əməkdaşlıq müqavilələrini ləğv etdi
https://azeri.sahartv.ir/news/dünya-i332965-ukrayna_rusiya_ilə_əməkdaşlıq_müqavilələrini_ləğv_etdi
Ukraynanın xarici işlər naziri Rusiya ilə əməkdaşlıq üzrə onlarla qanuna yenidən baxılması və onların ləğv edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2019 18:25 Asia/Baku
  • Ukrayna Rusiya ilə əməkdaşlıq müqavilələrini ləğv etdi
    Ukrayna Rusiya ilə əməkdaşlıq müqavilələrini ləğv etdi

Ukraynanın xarici işlər naziri Rusiya ilə əməkdaşlıq üzrə onlarla qanuna yenidən baxılması və onların ləğv edilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Ukraynanın xarici işlər naziri Pavlo Klimkin bu ölkə hökumətiin Rusiya ilə onlarla anlaşma sənədi və müqavilənin ləğv edilməsi məsələsini gündəmə gətirməsinə işarə edərək deyib: Bu siyasət 2019-cu ildə də davam edəcək. 

Ukrayna hökuməti 2014-cü ildən bəri Rusiya ilə 49 əməkdaşlıq sənədini ləğv edib. 

Klimkin Moskva-Kiyev münasibətlərinin mümkün olan ən aşağı səviyyədə olduğunu bildirib və deyib: Ukrayna bir daha keçmişdəki vəziyyətə qayıtmayacaq. Çünki, Rusiyadan çox uzaqlaşıb.