Yan 22, 2019 11:09 Asia/Baku
  • Polşa anti-İran Varşava iclasının uğur qazanacağına inanmır
    Polşa anti-İran Varşava iclasının uğur qazanacağına inanmır

Polşanın xarici işlər naziri Rusiyanın Varşava konfransında iştirak etməməsindən təəssüf edərək, deyib ki, Moskvanın iştirakı olmadan bu iclasın uğur qazanacağına ümid etmək olmaz.

Polşanın xarici işlər naziri Yatsek Çaputoviç deyib ki, Rusiya Yaxın Şərq hadisələrində mühüm rol oynayır və Moskvanın fevralda keçiriləcək Varşava iclasında iştirakı olmadan onda bir razılaşmanın əldə olunacağını gözləmək olmaz.

Moskva Varşavanın ABŞ tərəfindən planlaşdırılmış bu anti-İran konfransında iştirak üzrə dəvətini rədd edibdir.

ABŞ dövlət katibi Mayk Pompeo son zamanlar Vaşinqtonun Polşanın paytaxtı Varşavada anti-İran konfransının keçirilməsi üzrə planından xəbər vermişdi.

Bu iclas "Yaxın Şərqin gələcəyi" adı altında fevralın 13-ü və 14-də keçiriləcək.

Amerikanın Varşava konfransında onlarla ölkənin  xarici işlər nazirlərinin iştirak etmələrindən xəbər verməsinə rəğmən, bir çox ölkə ötən günlərdə bildirdi ki, bu iclasda iştirak etməyəcəkdir.

Teqlər