Lavrov: Qərbin siyasətləri ilə qarşılaşmağa hazırıq
-
Lavrov: Qərbin siyasətləri ilə qarşılaşmağa hazırıq
Rusiyanın xarici işlər naziri Moskvanın Qərbin siyasətləri ilə mübarizə aparmağa hazır olduğunu dedi.
Novosti xəbər agentliyinin bildirdiyinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: Xarici siyasətdə "diktə" metodu uğursuz bir metoddur və dünya ictimaiyyəti təhdid, sanksiya, təzyiq və ikili standart siyasətlərindən yorulub.
Lavrov ABŞ başda olmaqla Qərbin anti-Rusiya siyasətlərinə işarə edərək, əlavə edib: Bu, Qərbin özünü qanundan üstün hesab etdiyi ilk məsələ deyil. Amma, keçmişdən dərs almağı unutmamalıdır.
Rusiyanın xarici işlər naziri daha sonra dedi: ABŞ və Qərbin öz xarici siyasətlərini Moskvaya "diktə" etmək cəhdi məğlubiyyətə məhkumdur.
ABŞ və Avropa Birliyi ilə Rusiya əlaqələri ötən aylarda Ukrayna olaylarına və rus diplomatların Britaniyadan çıxarılması məsələsinə görə yenidən gərginləşib.