Putin Rusiyanın hərbi qüdrətinin artırılmasını istədi
-
Putin Rusiyanın hərbi qüdrətinin artırılmasını istədi
Rusiya prezidenti ölkəsinin hərbi qüdrətinin artırılmasına təkid etdi.
İRNA-nın məlumatına görə, Vladimir Putin cümə günü vətənin müdafiəçiləri günü münasibətilə Kremldə təşkil edilmiş mərasimdə Rusiya silahlı qüvvələrinin hərbi və mülki personeli qarşısında etdiyi çıxışında ölkənin hərbi inkişafına təkid edərək, deyib: Rusiya silahları misilsizdir və dünya hələ uzun illər onların sirrini öyrənə bilməyəcək. Rusiyanın hərbi uğurları ölkənin silahlı qüvvələrinin hələ 10 illər üçün inkişafına imkan verir və Rusiya üçün sülh və təhlükəsizliyin zamini sayılır.
Putin rusları sülhsevər insanlar adlandıraraq, əlavə edib: Rusiya xarici siyasətdə məsuliyyətli olmağa və beynəlxalq sabitliyi qorumağa çalışır.
23 fevral Rusiyada vətənin müdafiəçiləri günüdür.