Mart 12, 2019 16:40 Asia/Baku
  • ABŞ yerdə qalan diplomatlarını Venesueladan çıxarır
    ABŞ yerdə qalan diplomatlarını Venesueladan çıxarır

Amerika hökuməti bildirib ki, qarşıdakı bir neçə gün ərzində yerdə qalan diplomatlarını Venesueladan çıxaracaq.

ABŞ dövlət departamenti bildirib ki, Amerikanın Karakasdakı səfiliyi işçilərindən bir qrupunu çıxarmaq barədəki 24 yanvar qərarının davamında bu işçilərin yerdə qalan hissəsi cari həftədə Venesueladan çıxacaq.

Venesuelada yeni böhran yanvarın 23-də bu ölkə hökuməti müxaliflərinin başçısı Xuan Quaydonun Amerikanın və müttəfiqlərinin aşkar dəstəkləri ilə özünü Venesuelanın prezidenti adlandırmasından sonra başlandı.

Onun ardınca ABŞ-Venesuela əlaqələri kəsildi və Maduro hökuməti Vaşinqtondakı diplomatlarını geri çağıraraq, amerikalı diplomatların Karakasdan çıxmaları barədə göstəriş verdi.

Amerika və müttəfiqləri Venesueladakı asılı müxalifləri himayə edərək, bu ölkənin anti-Amerika münasibətli qanuni hökumətini devirməyə can atırlar.

Teqlər