İordaniya parlamentinin üzvləri sionist rejimlə qaz müqaviləsinə "yox!" dedilər
Mart 27, 2019 12:39 Asia/Baku
İordaniya parlamentinin üzvləri işğal olunmuş Fələstindən qaz idxalı müqaviləsinin əleyhinə səs verərək, onun ləğv edilməsini tələb ediblər.
İordaniya parlamenti özünün dünənki iclasında sionist rejimlə qaz müqaviləsini araşdıraraq, onu rədd edib.
İordaniyanın baş nazir müavini Rəcayi Əlməəşər bu məsələ ilə bağlı möhlət istəyibdir ki, dövlət, parlamentin sionist rejimlə qaz müqaviləsi barədə fikir bildirmək səlahiyyəti haqda əsas qanun məhkəməsinin nəzərini öyrənmiş olsun.
İordaniya xalqı bu ölkənin sionist rejimlə əlaqələri ilə müxalifdir və indiyədək dəfələrlə aksiyalar keçirərək, ölkəsinin Qüdsü işğal etmiş rejimlə əlaqələrinin tam şəkildə kəsilməsini istəyibdir.