Mart 30, 2019 19:09 Asia/Baku
  • Papa uşaqlardan sui-istifadəni qadağan edib
    Papa uşaqlardan sui-istifadəni qadağan edib

Dünya katoliklərinin rəhbəri Vatikanda və dünya səviyyəsində ona aid olan digər diplomatik məkanlarda uşaqlardan sui-istifadəni qadağan edən qanunu bəyan edib.

Dünya katoliklərinin rəhbəri Papa Fransis bu gün bu qanunu bəyan edərək, kilsələrdəki bütün baş rəsmilərə tapşırıbdır ki, cinsi sui-istifadə barədəki ittihamları xəbər versinlər və xəbərin hər cür verilməməsini kənarlaşdırma, cərimə və həbs ilə cəzalandıraraq, qurbanlara və onların ailələrinə kömək etsinlər.

İlk dəfədir ki, Vatikan rəhbərliyi bu məkanda, onun bu şəhərdən kənardakı səfirlikləri və universitetlərində uşaqları himayə etmək üçün belə bir vahid və detallı bir siyasət işləyib hazırlayıbdır.

Katolik kilsəsi 2018-ci ildə Çili, Amerika, Almaniya və Avstraliya daxil olmaqla dünyanın müxtəlif məntəqələrində keşişlərin çoxlu sayda cinsi rüsvayçılığı ilə üzləşdi.

Teqlər