Lavrov: ABŞ-ın başqalarına qarşı təzyiqləri bu ölkənin azalan nüfuzundan qaynaqlanır
https://azeri.sahartv.ir/news/dünya-i338882-lavrov_abŞ_ın_başqalarına_qarşı_təzyiqləri_bu_ölkənin_azalan_nüfuzundan_qaynaqlanır
Rusiyanın xarici işlər naziri ABŞ-ın dünyadakı nüfuzunun azalmasına görə digər ölkələrə təzyiq göstərməyə çalışdığını dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2019 06:57 Asia/Baku
  • Lavrov: ABŞ-ın başqalarına qarşı təzyiqləri bu ölkənin azalan nüfuzundan qaynaqlanır
    Lavrov: ABŞ-ın başqalarına qarşı təzyiqləri bu ölkənin azalan nüfuzundan qaynaqlanır

Rusiyanın xarici işlər naziri ABŞ-ın dünyadakı nüfuzunun azalmasına görə digər ölkələrə təzyiq göstərməyə çalışdığını dedi.

İRİB-nin bildirdiyinə görə, Sergey Lavrov Rusiyanın Xarici Siyasət və Müdafiə Şurasının iclasında ABŞ-ın Venesuelanın daxili işlərinə müdaxiləsinə işarə edərək, dedi: ABŞ rəsmiləri tam aşkar formada müstəqil ölkələrin daxili işlərinə müdaxilə edirlər. 

Lavrov həmçinin dedi: ABŞ-ın Venesuelaya hücum cəhdi uğursuz bir cəhddir. Amma, Vaşinqton hələ də bu ölkə prezidenti Nikolas Maduronu devirməyə çalışır. 

Venesuela müxalifətinin lideri Xuan Quaydo 23 yanvarda ABŞ-ın aşkar dəstəyi ilə özünü Venesuela prezidenti elan etdi. Venesuela hökuməti və xalqı isə bunu qanuni prezident Maduroya qarşı dövlət çevrilişinə cəhd kimi dəyərləndiriblər.