Apr 14, 2019 11:29 Asia/Baku
  • ABŞ prezident seçkilərinin namizədi: Vaşinqton nüvə anlaşmasına qayıtmalıdır
    ABŞ prezident seçkilərinin namizədi: Vaşinqton nüvə anlaşmasına qayıtmalıdır

Demokrat senator Emi Klobuçar 2020-ci il prezident seçkilərinin namizədi olaraq Vaşinqtonun yenidən nüvə anlaşmasına qayıtmalı olduğunu vurğuladı.

İRNA-nın məlumatına görə, Emi Klobuçar şənbə günü ABŞ-ın Kolorado Boulder Universitetində keçirilən "Dünya Məsələləri Konfransı"nda Vaşinqtonun İran ilə nüvə anlaşmasından çıxmasını tənqid edərək, dedi: beynəlxalq anlaşmalardan çıxmaq ABŞ-ın güclü olduğunu göstərməz. 

ABŞ prezidenti Donald Trampı 8 may 2018-ci il tarixində birtərəfli qaydada nüvə anlaşmasından çıxaraq, İrana qarşı sanksiyaları yenidən bərpa etdi. 

Trampın bu addımı beynəlxalq səviyyədə ciddi etirazlara səbəb oldu. 

ABŞ Konqresinin bir çox üzvü və sabiq rəsmilər də Trampın bu addımını qınayaraq, Vaşinqtonun nüvə anlaşmasına qayıtmasını istəyiblər. 2020-ci il prezident seçkilərinin bəzi namizədləri də bu məsələyə təkid edirlər. 

Teqlər