Nyu-Yorkdakı bir kilsədə yanğın törətmək istəyən şəxs həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i339078-nyu_yorkdakı_bir_kilsədə_yanğın_törətmək_istəyən_şəxs_həbs_olunub
Nyu-York polisi bu şəhərin Sent-Patrik kilsəsini yandırmaq üzrə hərəkət şübhəsilə bir şəxsi həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2019 14:36 Asia/Baku
  • Nyu-Yorkdakı bir kilsədə yanğın törətmək istəyən şəxs həbs olunub

Nyu-York polisi bu şəhərin Sent-Patrik kilsəsini yandırmaq üzrə hərəkət şübhəsilə bir şəxsi həbs edib.

Nyu-Cersidən olan bu şəxs dünən Nyu-Yorkun Manhetten məntəqəsindəki Sent-Patrik kilsəsinə daxil oduqdan sonra iki qallon benzinlə həbs olunub.

Nyu-York polisi bildirib ki, kilsənin təhlükəsizlik bölməsinin məlumatı əsasında həbs olunmuş bu şəxsin yanında alışqan da olubdur.

Bu həbs Parisin Notr-Dam kilsəsində yanğının baş verməsindən bir neçə gün sonra baş veribdir. Həmin yanğında kilsənin bəzi hissələri ziyan çəkibdir.

ABŞ prezidenti Donald Trampın həmin kilsədə yanğının söndürülməsi tərzi barədəki tövsiyələri sosial şəbəkə istifadəçilərinin istehzasına səbəb olubdur.