Amerikanın baş müzakirəçisi Tramp hökumətinin İrana qarşı neft sanksiyasını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i339294-amerikanın_baş_müzakirəçisi_tramp_hökumətinin_İrana_qarşı_neft_sanksiyasını_tənqid_edib
Amerikada nüvə anlaşmasının baş müzakirəçisi və sabiq diplomat, Tramp hökumətinin İrana qarşı yeni neft sanksiyasını təsirsiz adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2019 05:23 Asia/Baku
  • Amerikanın baş müzakirəçisi Tramp hökumətinin İrana qarşı neft sanksiyasını tənqid edib
    Amerikanın baş müzakirəçisi Tramp hökumətinin İrana qarşı neft sanksiyasını tənqid edib

Amerikada nüvə anlaşmasının baş müzakirəçisi və sabiq diplomat, Tramp hökumətinin İrana qarşı yeni neft sanksiyasını təsirsiz adlandırıb.

Vendi Şerman Amerikanın hazırkı prezidenti Donald Trampın hökumətinin İrana qarşı sanksiyalarının təsiri barədə ardıcıl iki twitt-də yazıb: Sanksiya seçimlərin təmərküzü ilə, o sıradan müzakirə masası arxasına getməklə nəticələnə bilər, amma olduqda mümkünsüzdür ki, İran Trampla dialoq girmiş olsun.

Şerman əlavə edib: İran 2013-cü ildə ağır iqtisadi sanksiyaların tətbiqindən sonra öz sentrifuqalarının sayını 164-dən 19 minədək artırdı.

ABŞ-ın dövlət katibi Mayk Pompeo dünən Amerikanın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasının ilk ildönümü ərəfəsində bildirib ki, Vaşinqton 2019-cu il mayın 2-dən İrandan neft satın alan səkkiz ölkəyə güzəşti uzatmayacaqdır.