Putin Rusiyanın Belarusdakı səfirini kənarlaşdırıb
-
Rusiyanın Belarusdakı səfirini kənarlaşdırıb
Rusiya prezidenti Vladimir Putin Moskva ilə Minsk arasında yaranmış ixtilaflara görə, bu ölkənin Belarusdakı səfirini kənarlaşdırıb.
Moskva ilə Minsk arasında ixtilaf 2018-ci ilin yanvarında başlanıb.
Belarus prezidenti Aleksandr Lukaşenko o zaman Moskvanın Minskə neft ixracatı üzrə vergi imkanlarının təmin edilməsindən imtina etməsinin nəticələri haqda xəbərdarlıq etdi və bildirdi ki, Rusiya öz mövqeyində israrlı olarsa, qərbdəki yeganə müttəfiqi kimi Belarusu itirmiş olacaqdır.
Qeyd edək ki, Belarus öz neft ehtiyacını Avropa ölkələrindəki neft qiymətindən aşağı qiymətlə Rusiyadan təmin edir və rus tərəfə vergi ödəmədən idxal etdiyi neftin böyük bir hissəsini öz neftayırma zavodlarında təmizlədikdən sonra çox yüksək qiymətlə xarici ölkələrə satır.