Lavrov: Heç bir ölkənin başqa bir ölkəyə hücum haqqı yoxdur
May 07, 2019 14:21 Asia/Baku
-
Lavrov: Heç bir ölkənin başqa bir ölkəyə hücum haqqı yoxdur
Rusiyanın xarici işlər naziri Finlandiyada amerikalı həmkarı ilə görüşdən sonra verdiyi açıqlamada Mayk Pompeoya heç bir ölkənin başqa bir ölkəyə qarşı hərbi hücum haqqına malik olmadığını söylədiyini dedi.
İRNA-nın məlumatına görə, Sergey Lavrov ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə bəzi qərb dövlətlərinin Venesuelaya qarşı düşmən siyasətini və bu ölkəni hərbi hücumla təhdid etmələrini tənqid edərək, dedi: Heç bir ölkə BMT-nin Təhlükəsizlik Şurasının çərçivəsindən kənar formada başqa bir ölkəyə hücum etmək haqqına malik deyil.
Rusiyanın xarici işlər naziri həmçinin dedi: Venesuelanın daxili işləri sadəcə bu ölkə xalqı və yerli qruplar tərəfindən həll edilməlidir və xarici müdaxilələr bu ölkədə vəziyyəti daha da mürəkkəbləşdirəcək.
Teqlər